Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:20

Məhkəmənin “Facebook” qərarı


Haqqında qərar çıxarılan səhifə
Haqqında qərar çıxarılan səhifə
-
Nərimanov Məhkəməsi dünən “Azadlıq” və “Yeni Müsavat” qəzetinin əleyhinə qərar qəbul edib. Bu barədə “Bizimyol” qəzeti yazıb.

Facebook şəbəkəsində və L.Əliyevanın “Yeni Müsavat” və “Azadlıq” qəzetlərində dərc olunmuş müsahibəsində şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edən İlham Mirzəyev məhkəmədən qəzetlərin təkzib verməsini, ondan üzr istəməsini, L. Əliyevanın 160 000 manat cərimələnməsini, www.facebook.com sosial şəbəkəsinin isə “İlham Mirzəyevin yalanları” səhifəsini ləğv etməsini nəzərdə tutan qərar çıxarılmasını tələb edirdi. Nərimanov Məhkəməsi iddianı qismən təmin edib.

Qərara əsasən, “Yeni Müsavat” və “Azadlıq” qəzetləri təkzib verməli və iddiaçıdan üzr istəməli, L. Əliyeva iddiaçıya 2 000 manat ödəməli, www.facebook.com sosial şəbəkəsi isə “İlham Mirzəyevin yalanları” səhifəsini ləğv etməlidir.

Media Hüququ İnstitutu Nərimanov Məhkəməsinin qərarının əsassız olduğunu, qərardan apellyasiya şikayəti veriləcəyini bildirib.

NƏQLİYYAT NAZİRLİYİ “KHAZAR ISLAND”A TORPAQ DAŞINMASINA QADAĞA QOYUB


Bu barədə “Yeni Müsavat” qəzeti yazır. Qəzet bildirir ki, “Avesta” konserninin prezidenti Hacı İbrahim Nehrəmli “Xəzər adaları”na torpaq daşınmasına süni maneələr yaradıldığını deyir:

“İki həftədir süni maneələr yaradılır. Guya qum, torpaq daşıyan maşınlarımız yolları dağıdır. Bizim maşınlar heç bir magistral yola çıxmır. Ara yollardan keçib torpağı daşıyır. Əgər maşınlarımız yolu dağıdırsa, mən həmin yolu təmir etməyə hazıram. Guya yolları ağır tonnajlı maşınlar dağıdır. Ona görə bu dəqiqə maşınlara 5 kubdan artıq torpaq daşımağa icazə vermirlər. Bu da bizim işimizə maneə olur.”

Hacı İbrahimin sözlərinə görə, yaranmış vəziyyətə görə Qubada iki qum-çınqıl karxanasını bağlamaq məcburiyyətində qalıb

QARABAĞ ÜÇÜN NÖVBƏTİ TƏHLÜKƏ

ATƏT-in amerikalı həmsədri Ceyms Worlikin Krımdakı hadisələrin Dağlıq Qarabağ münaqişəsinə təsir edə biləcəyi barədə fikirlərinə politoloqlar münasibət bildirib.

Arif Yunus
Arif Yunus
Bu barədə “Azadlıq” qəzeti yazıb. Konfliktoloq Arif Yunus Rusiyanın Krımdan diqqəti yayındırmaq üçün Qarabağda vəziyyəti gərginləşdirəcəyinin inandırıcı olmadığını deyir. Ekspert Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki rolunu da həddən artıq şişirdilmiş hesab edir.

Politoloq Vəfa Quluzadə isə Putinin Qarabağda və Dnestryanıda vəziyyətin gərginləşdirilməsində maraqlı olduğunu deyir. Bununla Kreml rəhbəri ABŞ-a mesaj verir ki, regionda əməliyyatlar başlayıb Qərbin maraqlarına zərbə vura bilər.

Bununla belə ekspert Rusiyanın Azərbaycana ağır zərbə endirməsini də mümkünsüz hesab edir. Çünki bu Rusiyanı Amerika ilə müharibə vəziyyətinə gətirib çıxara bilər. Ona görə də Putinin addımlarının təhdiddən o yana keçəcəyi inandırıcı deyil.

MÜBARİZ QURBANLI: DANIŞIQLARIN DAVAM ETDİRİLMƏSİ DAHA MƏQBULDUR

«Qlobal miqyasda gedən indiki proses fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həmsədrlərin fəallaşması və danışıqların davam etdirilməsi müsbət hal kimi qeyd oluna bilər».

Mübariz Qurbanlı
Mübariz Qurbanlı
Bu barədə “Yeni Azərbaycan” qəzeti yazıb. YAP İcra katibinin müavini Mübariz Qurbanlı bildirib ki, Azərbaycan bu münaqişənin həlli ilə bağlı mövqeyi tam açıq olan ölkədir:

“Ərazi bütövlüyümüzün bərpası bizim əsas məqsədimizdir. Bu çərçivədə də danışıqlar aparılır. Hesab edirəm ki, həm Prezidentimizin, həm də xarici işlər nazirinin apardıqları danışıqlar prosesə müəyyən təkan verə bilər. Buna görə də, danışıqların davam etdirilməsi məqbuldur»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG