Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:10

Akademik Asəf Nadirov vəfat edib



Asəf Nadirov bu gün səhər saatlarında Bakıdakı özəl klinikalardan birində vəfat edib.

Asəf Abbasqulu oğlu Nadirov 1929-cu il martın 13-də Şərur rayonunun Cəlilkənd kəndində anadan olub.

Azərbaycan Dövlət Universitetinin iqtisadçı-coğrafiya ixtisasını bitirib, professor elmi dərəcəsi alıb. 1980-ci ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə həqiqi üzvü seçilib.

AMEA-nın İqtisadiyyat İnstitutunda şöbə müdiri(1958-1964), elmi işlər üzrə direktor müavini(1964-1981), AMEA Rəyasət Heyətinin baş elmi katibi və akademik-katibi(1981-1997), AMEA-nın Rəyasət Heyətinin üzvü vəzifəsində çalışıb.

2003-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komitəsinin Rəyasət Heyətinin üzvüdür.

Akademik Azərbaycan Respublikasının ali mükafatları "Şərəf" (2009) və "Şöhrət" (2004) ordeni təltif olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG