Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:20

“Moskva” univermağında yanğın zamanı zərərçəkən olmayıb


“Moskva” univermağı
“Moskva” univermağı
-
“Moskva” Ticarət Mərkəzində yanğın zamanı zərərçəkən olmayıb. Bu barədə APA-ya Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova deyib.

O bildirib ki, hadisə yerinə səhər saat 08:12-də çağırış olub və 2 təcili yardım maşını əraziyə göndərilib. Onun sözlərinə görə, həkim briqadaları 2 saata yaxın müddət ərzində yanğın baş verən ərazidə olublar.

Lakin bu müddət ərzində zərərçəkən və təcili yardım həkimlərinə müraciət edən olmayıb.

Yanğın səhər saatlarından başlayıb.Əraziyə Fövqaladə hallar Nazirliyinin 7 yanğınsöndürən maşını cəlb edilib. FHN yanğınla bağlı məlumat yayıb.
Məlumatda deyilir ki, "MOSKVA" ticarət mərkəzinin mərtəbələrarası eskalator və ona yaxın birinci mərtəbədəki ziynət əşyaları olduğu taxta vitrin yanıb.
Yanğın 50 kv.m sahəni əhatə edib. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG