Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:20

John Kerry: "Krım Rusiyaya qoşularsa, ABŞ və Avropa ciddi addımlar atacaq"


ABŞ dövlət katibi John Kerry və Rusiya xarici işlər naziri Sergey Lavrov cümə günü Londonda Ukraynadakı böhranla bağlı danışıqlar aparıb.

Kerry bildirib ki, əgər Krım referendumla Rusiyaya qoşularsa ABŞ və Avropanın ciddi addımlar atacağını bildirib.

ABŞ səfiri Samantha Power BMT-də çıxış edərək bildirib ki, məsələnin sülh yolu ilə həllinin vaxtı yetişib.

Ukraynanın Baş naziri Arseniy Yatsenyuk BMT Təhlükəsizlik Şurasında vurğulayıb ki, Rusiyanın "hərbi təcavüzü" qlobal təhlükəsizliyi sarsıdır.

Rusiya səfiri Vitaly Churkin ölkəsinin müharibə istəmədiyini bildirib. O, bu sözləri Rusiya Ukrayna sərhəddində hərbi təlimlərə başlayandan sonra deyib.

Donetsk şəhərində Rusiya tərəfdarları olan nümayişçilərin Avropa tərəfdarları olan nümayişçilərə hücumunda bir nəfər öldürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG