Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:39

Bakıda “Professor” ləqəbli kriminal avtoritet həbs edilib


Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, əvvəllər 6 dəfə məhkum olunmuş, Bakı sakini, 1956-cı il təvəllüdlü Nizami Həsənovdan 570 qram tiryək götürülüb.Nizami Həsənovun Xətai prospektində kirayə qaldığı mənzildən isə 3 kiloqram 200 qram qurudulmuş marixuana tapılıb.

Polisin məlumatına görə, Nizami HəsənovIndiyədək 25 il həbs həyatı yaşayıb və kriminal aləmdə “Professor” ləqəbi ilə tanınır.

Nəsimi Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.
XS
SM
MD
LG