Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:06

Merkel: "Rusiya böyük siyasi və iqtisadi risklərə gedir"


Angela Merkel
Angela Merkel
Rusiya Krımdakı hərəkətlərinə görə böyük siyasi və iqtisadi ziyanla üzləşə bilər.
Bunu Almaniyanın kansleri Angela Merkel Bundestaqda çıxış edərkən deyib.Kansler qeyd edib ki, əgər Rusiya bu cür davam eləsə, bu təkcə Ukrayna üçün faciə yox, eyni zamanda Avropa Birliyi-Rusiya münasibətlərini dəyişəcək.Merkel qeyd edib ki, əgər Rusiya məsələni danışıqlar yolu ilə həll eləməsə Avropa Birliyi ona qarşı iqtisadi sanksiyalar tətbiq etməyəhazırdır.

Qeyd edək ki, Rusiya ordusu Krımı zəbt edib və bazar günü yarmadada respublikanın Rusiyaya qoşulması ilə bağlı referentum keçiriləcək.

Ukraynanın müvəqqəti baş naziri Arseniy Yatsenyuk isə xəbərdarlıq edib ki, Krım böhranı Ukraynadan kənara çıxacaq və bu qlobal problemdir.Yatsenyuk dünən Ağ evdə ABŞ prezidenti Barack Obama ilə görüşüb.Obama bildirib ki, əgər Rusiya Ukraynanın suverenliyinə hörmət eləməsə bilinməyən ziyanla üzləşəcək.

Yatsenyuk isə ölkəsinin Rusiya ilə danışıqlara hazır olduğunu , eyni zamanda Ukraynanın suverenliyi uğrunda mübarizədən heç vaxt çəkinməyəcəyini bildirib.
XS
SM
MD
LG