Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:54
-
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında dramaturq Yevgeni Şvartsın «Qırmızı papaq» əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın hazırlıq prosesləri yekunlaşmaq üzrədir.

Teatrdan AzadlıqRadiosuna verilən xəbərə görə, tamaşanın premyerası martın 15-i və 16-da saat 12.00 və 14.00-da nümayiş etdiriləcək.

Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov, bəstəkarı Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Səhnə əsərini ruscadan tərcümə edən Nigar Həmidova, rəqslərin quruluşçusu Vüsal Mehrəliyev, rejissor köməkçisi Sona Mustafayevadır.

Novruz bayramı ərəfəsində nümayiş etdiriləcək tamaşada Əməkdar Artist Almaz Mustafayeva, aktyorlar Məsumə Babayeva, Hüsniyyə Əhmədova, İlqarə Tosova, Xalidə Əliməmmədova, Günel Məmmədova, Səbinə Məmmədova, Zülfiyyə Alhüseynova, Zümrüd Quliyeva, Roza İbadova, Qədirhüseyn İsmayılov, Ədalət Əbdülsəməd, Müşfiq Əliyev, Aydın Dəmirov, Vüsal Mehrəliyev, Elşən Hacıbabayev iştirak edəcəklər.

Həm uşaqlara, həm də böyüklərə yaxşı tanış olan bu əsər Keçəl, Kosa, Qırmızı papaq və onun meşədəki dostlarından bəhs edir...

Tamaşa məktəblilərin yaz tətilində-- martın 15-dən 25-dək saat 10.00, 12.00 və 14.00-də nümayiş etdiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG