Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:57

Ukrayna Ali Radası BMT-yə müraciət etdi


-
Ukrayna Ali Radası martın 13-də Krımdakı yaranmış vəziyyətin həlli üçün BMT-yə müraciət edib və Avropaya inteqrasiya kursunu təsdiq edib.

Qərara 250 deputat, o cümlədən regionlar partiyasının iki üzvü səs verib.

Müraciətdə Krım Muxtar Respublikasında vəziyyətin pisləşməkdə davam etdiyi bildirilir. Rusiyanın Ukraynaya qarşı atdığı addımlar suveren ölkəyə təcavüz kimi dəyərləndirilir. Ali Rada yaranmış vəziyyətlə bağlı BMT-ni tez bir zamanda Krımdakı vəziyyəti müzakirəyə çığırır.

Avropa Birliyinə inteqrasiya ilə bağlı qərarda isə Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Alexander Turchinova məsləhət görülür ki, Avropa Birliyini Ukraynanın suverenliyinin, ərazi bütövlüyünün qorunması istiqamətində təsir imkanlarından istifadə etməyə çağırsın.

Ali Rada həmçinin baş nazir səlahiyyətlərini icra edən Arseny Yatsenyuka qısa zamanda Ukrayna ilə Avropa Birliyi arasında Assosiasiya sazişi imzalamaq səlahiyyəti verib.
XS
SM
MD
LG