Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:49

“Azərbaycan dövlətini İnsan Hüquqları Evinin açılmasına icazə verməyə çağırırıq”


-
“Azərbaycanın hakimiyyət orqanları öz qanunvericiliklərindən birləşmə azadlığını məhdudlaşdırmaq və beləliklə də BMT-nin və Avropa Şurasının bütün üzvlərinin qəbul etdiyi fundamental azadlığa hörmətsizlik etmək üçün istifadə edirlər”.

İnsan Hüquqları Evi Fondunun icraçı direktoru Mariya Dahle-nin yaydığı bəyanatda belə deyilir.

Fonddan AzadlıqRadiosuna göndərilən bəyanatda Azərbaycan İnsan Hüquqları Evi-nin 2007-ci ildə İnsan Hüquqları Evi Fondunun beynəlxalq filialı kimi qeydiyyatdan keçdiyi, 2011-ci il martın 10-da heç bir xəbərdarlıq və ya bildiriş almadan bağlandığı bildirilir.

“Qeydiyyat zamanı hər şey Azərbaycan qanunvericiliyinə uyğun edilmişdir. Azərbaycan İnsan Hüquqları Evi vaxtlı-vaxtında hesabat vermiş və 10 mart 2011-ci ildəki bildirişdən əvvəl Azərbaycan qanun və ya qaydalarının hər hansı müddəasına zidd olmasına dair heç bir xəbərdarlıq və ya bildiriş almamışdır”.

Qeyd olunur ki, hakimiyyət orqanları 2009-cu ildə QHT-lər haqqında qanununa edilən yeni dəyişikliklərdən 2011-ci ildə İnsan Hüquqları Evinin bağlanması üçün bəhanə kimi istifadə ediblər.

“Biz hakimiyyət orqanlarını, Azərbaycan dövlətini 2014-cü ilin may ayında Avropa Şurasının Nazirlər Şurasının sədrliyini üzərinə götürməzdən əvvəl Azərbaycan İnsan Hüquqları Evinin açılmasına icazə verməyə çağırırıq” – deyə bəyanatda bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG