Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:06

Hökumətin din siyasəti [Video]


-


Nurçu məsələsinin qabardılmasında kimlər maraqlıdır və məqsədləri nədir?

Siyasi şərhçilər Ərəstun Oruclu və Altay Göyüşov son vaxtlar baş verən prosesləri müzakirə ediblər.


Altay Göyüşov nurçuların şəbəkələşməsini təbii sayır:

«Nurçuluq Azərbaycana Sovet hökuməti dağıldığı ərəfədə gəlib. Həmin dövrdə islami kimliyi qaytarmaq lazım idi. Məhz buna görə nurçuların ölkəyə gəlməyinə şərait yaradıldı. Etiraf etmək lazımdır ki, onlar bu təbliğatı yüksək səviyyədə gerçəkləşdirdilər. İkinci məsələ budur ki, nurçuluğa vahid təşkilat kimi yanaşmaq lazım deyil. Klassik nurçuluq o qədər geniş yayılmayıb. «Gülənçilər» isə məktəblər, universitet, kurslar, televiziya açdılar. Təbii ki, Azərbaycan məmurları ilə əlaqələri olmasaydı, bu addımları ata bilməzdilər. Bir şeyi etiraf etmək lazımdır ki, bu məktəblərdə təhsil alanların içərisindən solçu və ateistlər də çıxıb. O mühitdə istər-istəməz ictimai aktivlik ab-havası yaranır. Belə fikir yaranır ki, bunlar bir şəbəkədir. Bu, təbii haldır. Ancaq mən bu adamların yeri gələndə davalarını da görmüşəm...».

Ərəstun Oruclunun fikrincə, nurçuların üzərinə getməkdə hökumətin məqsədi intellektual gəncliyi sıradan çıxarmaqdır:

«Nurçu məsələsinin qabardılması hakimiyyət daxilində çəkişmənin təzahürüdür. Hakimiyyətin düşünən qanadı fikirləşdi ki, indi iki məsələni qabartmaq üçün şərait yaranıb. Birinci məsələ nurçuların üzərinə yerimək, onları sıradan çıxarmaqdır. İkinci məsələ budur ki, onlar Azərbaycanda kifayət qədər intellektual gənclik yaradıb. Hakimiyyət bu gənclikdən çəkinir. Onları sıradan çıxarmaq, xof yaratmaq üçün fürsət yaranıb. Təbii ki, hakimiyyətin əsas məkrli niyyəti formalaşan intellektual zümrəni sıradan çıxarmaqdır. Həbsdə olan gənclərin arasında bu məktəblərdə təhsil alanlar var. Hakimiyyətdə özünüqoruma instinkti o qədər güclənib ki, hər addımı atmağa hazırdırlar...».
XS
SM
MD
LG