Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:00

Səlim Müslümov Şirvana görüşə gəldi, amma çoxları ilə görüşmədi


Səlim Müslümovla görüş

Səlim Müslümovla görüş

-
Martın 12-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şirvan şəhərində Şirvan, Hacıqabul, Sabirabad, Saatlı rayonlarının sakinlərini qəbul edib.
Səhər açılan kimi Şirvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzinin inzibati binasının önünə yüzlərlə vətəndaş toplaşsa da, qəbula kiçik istisnalarla əvvəlki günlərdə yazılan 50 nəfər buraxıldı. Vətəndaşlar daha çox ünvanlı sosial yardım, əlillik qrupunun təyinatı, dövlət hesabına xaricdə müalicə, mənzil və avtomobillə təminat məsələlərində nazirdən kömək istədilər.

“I QRUP ƏLİLLƏRİN MÜAVİNƏTİ 125 MANATA QALDIRILACAQ”

Görüşə gələnlər

Görüşə gələnlər

Vətəndaşları qəbul edərkən Səlim Müslümov bəzi açıqlamalar verdi. Nazir əlillərin sosial müdafiəsinin gücləndirilməsi məsələsinə baxıldığını bildirdi. Ediləcək dəyişikliklərdən biri əmək pensiyası almayan I qrup əlillər üçün sosial müavinətin 67 manatdan 125 manata qaldırılması və bundan sonrakı dövrdə həmin müavinətin yaşayış minimumuna uyğunlaşdırılması olacaq. O, hətta prezident sərəncamının veriləcəyi tarixi də açıqlayıb: 17 mart.

QƏBULLARDA DAHA ÇOX HANSI MƏSƏLƏLƏR QALDIRILIR?

Jurnalistlər üçün keçirdiyi ayaqüstü brifinqdə Səlim Müslümov bildirdi ki, son vaxtlar vətəndaşlar daha çox ev və avtomobil təminatı ilə bağlı müraciət edir:

“Son vaxtlar aparılan qəbullar göstərir ki, ünvanlı dövlət sosial yardımının və əlillik qrupunun təyin edilməsi ilə bağlı məsələlər arxa plana keçib, qəbula gələnlər tərəfindən daha çox qabardılan məsələlər mənzil və avtomobil təminatı ilə bağlıdır”.

Nazirin dedikləri:

Səlim Müslümov

Səlim Müslümov

“2014-cü ilin yanvarın 1-dək növbəyə yazılan pulsuz avtomaşın almaq hüququna malik 1530 nəfərin hamısı bu il avtomobillə təmin ediləcək.

... Qarabağ əlillərinin və şəhid ailələrinin mənzil probleminin həllinə dair 5 ili əhatə edəcək dövlət proqramı qəbul ediləcək. Mən elə düşünürəm ki, 2014-cü ilin yanvarın 1-dək bu kateqoriyadan olub mənzil növbəsinə yazılanların da problemi həmin proqramla öz həllini tapacaq”.

KART DƏYİŞİKLİYİ

“Ünvanlı dövlət sosial yardım kartlarının hamısı dəyişəcək. Yeni kartların hazırlanması ilə bağlı artıq tender elan olunub”.

SOSİAL XİDMƏTLƏ BAĞLI SİYAHILAR DA AÇIQLANACAQ

AzadlıqRadiosu müxbirinin “tənha və kimsəsizlərə göstərilən sosial xidmət sahəsində şəffaflığı təmin etmək üçün bu xidmətdən istifadə edənlərin adlarını açıqlamaq olarmı?” sualına cavabında Səlim Müslümov nazirliyin aidiyyatı struktur rəhbərlərinə yerində göstəriş verdi:

“Mən tapşırıq verirəm bu gün buradan, bu siyahıları açıqlayın. Tənha, kimsəsiz və əlillərdən kimlərə xidmət göstərilirsə, həmin siyahılar hər bir rayon üzrə açıqlansın. Bəlkə də yalandan rəsmiyyətə salınıb, heç o xidmət göstərilmir. Qoy bunlar açıqlansın və biz məlumatlarımızı alaq”.

Şərhləri göstər

XS
SM
MD
LG