Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:18

Metro ticarətçilərinə köşkləri yığışdırmaq üçün martın 27-dək vaxt verilib


Bakı metrosunda ticarət

Bakı metrosunda ticarət

-
“Metro stansiyalarında ticarət köşklərinin həddindən artıq artması səliqəsizlik və natəmizlik yaranıb”.

Bunu “APA-Economics”ə “Bakı Metropoliteni” QSC-nin baş mühəndisi Fuad Tağızadə deyib.

Onun sözlərinə görə, məqsəd sərnişinlərin metrodan maneəsiz istifadəsini təmin etməkdir.

“Metro stansiyalarındakı ticarət köşklərinin harasa köçürülməsi nəzərdə tutulmayıb. Bu ticarət obyektlərində çalışan şəxslərlə həmişə bir aylıq müddətə müqavilə bağlanıb. Bu ilin fevral ayının sonunda onların müqavilələrinə xitam verilib və martın 1-dən dayandırılıb. Biz həmin ticarətçilərin fəaliyyətini ayın ortasında saxlamamışıq və ya onlarla illik müqaviləmiz yoxdur. Bir ayı tam işləyib icarə haqqını ödəyiblər. Ona görə də heç bir kompensasiyadan söz gedə bilməz”.

Fuad Tağızadə deyib ki, ticarət köşklərinin yığışdırılması mərhələli şəkildə həyata keçiriləcək.

“Əvvəlcə şəhərin mərkəzindəki stansiyalardakı köşklər, daha sonra şəhər kənarındakı stansiyalarda fəaliyyət göstərən ticarət köşkləri bağlanacaq. Bu məsələni qısa zaman kəsiyində həll etmək niyyətindəyik”.

Metro ticarətçilərinə köşkləri yığışdırmaq üçün martın 27-dək vaxt verilib.

Bu qərarla razılaşmayan metro ticarətçiləri “Elmlər Akademiyası” qarşısnda iki dəfə aksiyaya cəhd ediliblər.

Bakı Mertopolitenin keçmiş rəisi Tağı Əhmədovun 2010-cu ildə AzadlıqRadiosuna verdiyi məlumata görə, metro ticarətindən hər ay 70 min manat vəsait əldə olunur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG