Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:57
-
ABŞ Senatının xarici əlaqələr komitəsi Ukraynaya yardım və ölkənin suverenliyini pozanlara qarşı sanksiyaların tətbiqi ilə bağlı qanun layihəsini qəbul edib.

Qanun layihəsinə komitə üzvlərinin çoxu səs verib. Bu layihəyə görə, Ukraynaya 1 milyard kredit yardımı nəzərdə tutulur.

Obama administrasiyasına Ukraynanın ərazi bütövlüyünü pozan Rusiya və Ukrayna rəsmilərinə, həmçinin ölkədə korrupsiyaya və insan hüquqlarını pozanlara qarşı sanksiyaların tətbiq olunması ilə bağlı səlahiyyətlər verilib.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, senat komitəsi təklif edir ki, həmin şəxslərin Amerikaya girişinə qadağa qoyulsun və onların Amerika banklarındakı hesabları dondurulsun. Bundan sonra sənəd senatın bütün üzvlərinin iştirakı ilə müzakirəyə çıxarılmalıdır.

Səs çoxluğu ilə qəbul ediləcəyi halda sənəd imzalamaq üçün ABŞ prezidenti Barack Omabaya göndəriləcək.
XS
SM
MD
LG