Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:12

Obama Ukraynanın yeni baş nazirini qəbul etdi


Barack Obama və Arseniy Yatsenyuk (solda), 12 mart, ABŞ
Barack Obama və Arseniy Yatsenyuk (solda), 12 mart, ABŞ
ABŞ prezidenti Barak Obama Ağ evdə Ukraynanın yeni baş naziri Arseniy Yatsenyuk-u qəbul edib.

Obama baş nazirə deyib ki, Washington ərazi bütövlüyünün qorunmasında Ukraynanı tam dəstəkləyir.

Onun sözlərinə görə, əgər Rusiya prezidenti Vladimir Putin Ukrayna məsələsində mövqeyini dəyişməsə, Qərb onu bunun bədəlini ödəməyə məcbur edəcək.

Yatsenyuk isə bildirib ki, Ukrayna Rusiya ilə danışıqlara hazırdır, amma Ukraynanın suverenliyinin qorunmasında heç vaxt təslimçi mövqe tutmayacaq.

Ağ evdəki görüş Krımda baş tutacaq referendum ərəfəsinə təsadüf edir.

Ukraynanın Krım bölgəsindəki separatçılar martın 16-da bölgənin statusu ilə bağlı referendum keçirməyə hazırlaşırlar.

Hazırda Krıma Rusiya ilə birləşməyin tərəfdarları olan qüvvələr nəzarət edir.

Obama deyib ki, ABŞ referendumun nəticələrini tanımayacaq.

Onun fikrincə, referendum “qanunsuz”dur.

Amma Obama hesab edir ki, qarşıdakı günlərdə davam edəcək diplomatik səylər qarşı tərəfin referendumla bağlı “mövqeyinin yenidən nəzərdən keçirilməsi” ilə nəticələnə bilər.
XS
SM
MD
LG