Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:00

Merkel Rusiyaya verilən möhlətin bitməkdə olduğunu deyir


Angela Merkel və Rusiya prezidenti Vladimir Putin, Sankt-Peterburq, 21 iyun 2013
Angela Merkel və Rusiya prezidenti Vladimir Putin, Sankt-Peterburq, 21 iyun 2013
-

Almaniya kansleri Angela Merkel deyib ki, Krım böhranının dinc yolla həlli üçün dialoqun başlanması ilə bağlı Rusiyaya verilən möhlət başa çatmaqdadır.

"Təxminən 1 həftə əvvəl biz demişdik ki, əgər qarşıdakı bir neçə gündə Rusiyanın siyasətində dəyişiklik olmasa, ona qarşı sanksiyaların ikinci mərhələsi başlayacaq. Artıq 6 gün keçib. Etiraf etməliyik ki, Əlaqə Qrupunun yaradılması yönündə səylərimizi davam etdirməyimizə baxmayaraq, heç bir irəliləyişə nail ola bilməmişik".

Merkel deyib ki, Rusiya Krım məsələsində Ukrayna ilə dialoqa getməsi, gələn həftənin 1-ci günü Avropa Birliyinin xarici işlər nazirləri sanksiyaların ikinci mərhələsinə start verə bilər.
XS
SM
MD
LG