Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:08
-

Amerikalı şair Afaa Michael Weaver 100 min dollarlıq poeziya mükafatına layiq görülüb.

“Kingsley Tufts Poetry” mükafatı ona "The Government of Nature" kitabına görə verilib.

Bu, 62 yaşlı şairin 12-ci kitabıdır və əsas mövzusu onun travmalı uşaqlığıdır.

“Kingsley Tufts Poetry” mükafatının təsisçisi Kaliforniyadakı “Claremont Graduate” Universitetidir.

Mükafat hər il, karyerasının orta dönəmində olan şairə verilir.

Afaa Michael Weaver Baltimore-da doğulub, orduda xidmət etdikdən sonra 15 il fabrikdə fəhlə işləyib, 1980-ci illərdən etibarən şair kimi tanınmağa başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG