Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:54
Rusiyanın nüfuzlu on-line xəbər saytlarından olan Lenta.ru-nun əməkdaşları yeni baş redaktora etiraz edirlər.

Onlar öz bəyanatlarını sayta da yerləşdiriblər. Bəyanatda deyilir, ki, təsisçi - «Афиша-Рамблер-SUP» şirkəti baş redaktor Galina Timchenko-nu (Qalina Timçenko) işdən azad edərək onun yerinə Aleksei Goreslavski-ni təyin edib.

Redaksiya əməkdaşları bunu ədalətsiz sayırlar. Onlar düşünürlər ki, bu, müstəqil şəxsin işdən azad edilməsi, onun yerinə hökumətin adamının təyin edilməsi, redaksiyaya təzyiq və senzura cəhdidr.

Bəyanatda deyilir ki, Rusiyada azad jurnalistikanın meydanı daralır, redaksiyalar ya birbaşa Kremldən idarə olunur, ya kuratorlar vasitəsilə hökumətin sifarişini yerinə yetirir, ya da iş yerini itirməkdən qorxan redaktorlar tərəfindən idarə edilir.

“Biz bilirdik ki, bizim də arxamızca gələcəklər. Hər halda istədik ki, bunu siz də biləsiz. Bəzi KİV-lə bağlanıb, bəziləri yaxın aylarda bağlanacaq. Dərd orasında deyil ki, daha bizlər üçün işləməyə yer qalmayıb. Dərd orasındadır ki, deyəsən, daha sizlər üçün oxumalı bir şey qalmayıb”.

Bəyanatı redaksiyanın 70-dən çox əməkdaşı imzalayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG