Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:01
-
Prezidentə və baş nazirə Maştağadakı sosial problemlərlə bağlı müraciət hazırlayan Zərifə Hüseynovanı martın 12-də foto çəkərkən saxlayıblar.

Bu barədə AzadlıqRadiosuna Zərifə Hüseynova özü məlumat verib:

«Rəsmi qurumlar deyir Maştağada yeni iş yerləri açılıb, hər şey yaxşıdır. Əslində isə belə deyil. Biz Maştağadakı sosial problemlərlə, iş yerlərinin olmaması ilə bağlı prezidentə və baş nazirə hazırladığımız müraciətə fotolar da əlavə etmək istəyirdik. Bu səbəbdən yol kənarındakı küçə ticarətini əks etdirən yerlərin fotosunu çəkirdik. Şəkil çəkəndə xəstəxananın mühafizəçisi kameranın qabağından keçəndə kadra düşdü və mənə hücum etdi ki, çəkdiklərimi pozum. Daha sonra polisə zəng elədi. Bir qədər sonra əraziyə 20-yə yaxın polis və mülkigeyimli gəldi. Qolumu burub, məni polis maşınına saldılar».

Qəsəbədəki 14-cü polis bölməsinə aparılan Zərifə Hüseynova orda ona qarşı kobudluq edildiyini deyir:

«62 yaşım, iki ali təhsilim var, mənimlə elə davrandılar ki, bunu heç ağlıma belə gətirməzdim. İdarədə iki nəfər sakit təmkinli polis gördüm, onlardan birinin kim olduğunu bilmədim, biri isə rəis idi. Yerdə qalanlar elə bil heç tərbiyə görməmişdilər. Rəisin otağına apardılar və izahat yazdıqdan sonra sərbəst buraxdılar».

14 saylı polis bölməsindən AzadlıqRadiosuna Zərifə Hüseynovanın bölməyə gətirildiyi və hadisə ilə bağlı araşdırma aparıldığını deyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG