Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:19

«Muğam haqqında əlyazmalar toplusu» nəşr edilib


«Muğam haqqında əlyazmalar toplusu»
«Muğam haqqında əlyazmalar toplusu»
-
Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində muğamsevərlər üçün «Muğam haqqında əlyazmalar toplusu» nəşr edilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin Fonda istinadən yaydığı xəbərə görə, topluya Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində saxlanılan musiqiyə həsr olunmuş əlyazmalar daxildir.

Üç kitabdan ibarət topluya yeddi əsər daxil edilib.

Birinci kitab «Behcətür-ruh»dur. Müəllifin fars dilində yazdığı və musiqi elmi haqqında bir risalə kimi təqdim etdiyi kitabda musiqiyə dair dəyərli bilgilər yer alıb.
Əsərin Azərbaycan, İran, İngiltərə, Rusiya və başqa ölkələrin əlyazma xəzinələrində saxlanılan və bir-birindən fərqlənən nüsxələri uzun müddətdir ki, mütəxəssislər və oxucular üçün qiymətli bir məlumat mənbəyinə çevrilib.

İkinci kitab «Musiqi haqqında risalələr» adlanır.

Bu kitaba 5 risalə daxildir.

Məşhur Azərbaycan alimi Mir Möhsün Nəvvaba məxsus ilk risalənin XIX əsrin sonlarında yazıldığı güman edilir.

Risalənin mətni cədvəllər əsasında izahla müşayiət olunur.

Əmir xan Kövkəbi Gürci və digər naməlum müəlliflərin yazdıqları digər risalələrdə muğamın yaranma tarixi, musiqi nəzəriyyəsinə və ifaçılıq sənətinə dair maraqlı məlumatlar verilir.

Musiqi elminin əsaslarından bəhs edən risalələrdə muğamın pərdələri və şöbələrinin bürclərə, planetlərə, ilin dörd fəslinə nisbət verilməsi haqqında məlumatlar cədvəllərlə göstərilib, ritmlərin, çalğı alətlərinin öyrənilməsinə fəsillər ayrılıb.

«Muğam üstündə oxunan şeirlər» adlanan üçüncü kitabda Pirinin, Hüdayinin, Yunus Əmrənin, Zakirin, Dərviş Osmanın, Əşrəf oğlu Ruminin, Əhmədin və digər məşhur şairlərin şeirləri toplanıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG