Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 19:01

Avropa Birliyi Rusiyaya xəbərdarlıq edib


Jose Manuel Barroso
Jose Manuel Barroso
Böyük 7-lər ölkələri Rusiyanı Krımda referendum keçirilməsi və onun statusunun dəyişdirilməsi yönündə bütün səyləri dayandırmağa çağırıb və əks halda Rusiyaya qarşı tədbirlər görüləcəyini xəbərdarlıq ediblər.Bu ölkələrin Ağ evdən yaydığı bəyanatda deyilir ki, bazar günü Krımda, Rusiyaya qoşulmaqla bağlı keçiriləcək referendumun heç bir hüquqi qüvvəsi olmayacaq.

Böyük 7-lər ölkələrinə ABŞ, Kanada,Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Yaponiya daxildir.

ABŞ prezidenti Barack Obamanın bu gün Vaşinqtonda Ukraynanın müvəqqəti baş naziri Arseniy Yatsenyuku qəbul edəcəyi gözlənilir.Ağ Evin mətbuat katibi Cey Karni bunun ABŞ-ın yeni Ukrayna hökumətini dəstəkləməsinə ciddi siqnal olduğunu bildirib.

Ukraynanın müvəqqəti prezideti Oleksandr Turchynov isə Rusiyanın Krımla bağlı istənilən dialoqdan imtina etdiyini bildirir.
XS
SM
MD
LG