Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 21:54

KXCP üzvü Aydın Xəlilovu kimin qətlə yetirdiyi açıqlanıb


-
Baş prokurorluq KXCP-nin Salyan rayon təşkilatının üzvü Aydın Xəlilovun qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Məlumata görə, istintaq adı çəkilən şəxsin Saylan rayon sakini Şahin Niftiyev tərəfindən öldürüldüyünü müəyyən edib.

“İstintaq araşdırmaları göstərib ki, o, qardaşı Azər Niftiyevin 2007-ci ildə Rusiyanın Ufa şəhərində əvvəllər dəfələrlə məhkum olunmuş həmyerlisi Aydın Xəlilov tərəfindən qətlə yetirilməsi barədə məlumat əldə etdikdən sonra qisas almaq qərarına gəlib. Bu məqsədlə Şahin Niftiyev bu ilin fevralında qohumu Rauf Rəhimova 10.000 manat müqabilində Aydın Xəlilovun öldürülməsini təklif edib və əvvəlcədən 5 min 100 manat ödəyib. Rauf Rəhimov bu sifarişi icra etmək üçün tanışları Oktay Zəkiyev, Təvəkkül Seyidov və Tacəddin Qafarovdan ibarət mütəşəkkil dəstə yaradaraq Yasamal rayonu ərazisindəki mağazalardan birindən 3 ədəd bıçaq alıb, “Mitsubishi-Pajero” markalı avtomobil kirayələyib.

Məlumatda qeyd olunur ki, daha sonra həmin şəxslər (Rauf Rəhimov, Tacəddin Qafarov və Təvəkkül Seyidov) Salyan rayonunun Qaraçala kəndinə gedərək özlərini Aydın Xəlilova polis əməkdaşları kimi təqdim edib, onu avtomobilə əyləşdirib aparıblar.
“Təqribən 600-700 metr aralandıqdan sonra bıçaqla Aydın Xəlilova 34 zərbə vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib, meyitini yolun kənarına atıblar. Onlar bu barədə Şahin Niftiyevi məlumatlandıraraq pulun qalan hissəsini alıb bölüşdürüb və cinayətin izini itirmək məqsədilə avtomobilin salonunda olan qan izlərini yuduzduraraq təmizlətdiriblər”.

Dəstənin üzvləri təqsirləndirilən şəxs qismində həbs olunublar.

Salyan rayonunun Qaraçala kənd sakini, KXCP-nın üzvü Aydın Xəlilov martın 4-də qətlə yetrilib. Onun meyiti Qaraçala kəndindən keçən avtomobilin yolunun kənarından tapılıb.

Adları çəkilən şəxslərin ayrı-ayrı vaxtlarda mülkiyyət, həyat və sağlamlıq əleyhinə çoxsaylı ağır cinayətlər törətdiyi də bildirilir. Həmin şəxslər Bakının Ramana qəsəbəsinin sakini Çingiz Məmmədova, həyat yoldaşı və qızına zor tətbiq etməklə onlara məxsus 16 min manat pulu ələ keçirdikləri bildirilir.

Hər iki cinayətin digər iştirakçılarının müəyyən edilib tutulması ilə bağlı əməliyyat-axtarış tədbirlərinin davam etdirildiyi bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG