Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 08:17
-
“Ərimdən miras qalan 10 sot torpaq sahəsidir. Hələ sağlığında ərim həmin torpağı bankda girov qoyub pul götürmüşdü. O öləndən sonra bankın kreditini mən ödəyirəm. Bu yaxınlarda xəbər tutmuşam ki, torpağımda tikinti işləri aparılır”.

AzadlıqRadiosunun “Qaynar xətt”inə şikayət edən Sevinc Zeynalova Ağcəbədi rayon sakinidir. Mərhum həyat yoldaşı Aydın Zeynalovdan ona miras qalmış 10 sot torpaq sahəsində tikinti aparıldığını deyir.

"BİR DƏ XƏBƏR TUTDUQ Kİ, ANBAR TİKİRLƏR"

“Yanğından mühafizə xidməti üçün bina, anbar tikilir. Bir hissəsi də mənim torpağıma düşüb, demək olar ki, bütün torpaq sahəmiz zəbt olunub. "AccessBank"ın Mingəçevir filialında girovda olan torpaq sahəmizdə necə tikinti aparıla bilər? Mən özüm gedib orda daşı daş üstə qoysaydım, bank işçiləri qaça-qaça gələrdilər ki, olmaz. Ancaq hazırkı tikintiyə bank da göz yumur”.

Yerli bələdiyyə deyir ki, torpaqdakı tikinti dövlət ehtiyacı üçündür. Tikinti aparılan torpaq sahəsinin əvəzi olaraq Sevinc Zeynalovaya başqa yerdən torpaq sahəsi təklif olunur.

Sevinc Zeynalova isə bildirib ki, ona başqa yerdən torpaq sahəsi təklif olunmayıb:

“Qayınanam, baldızım və övladı, özümün də uşaqlarım, hamımız gözümüzü o torpağa dikmişdik. Düşünürdüm ki, girovdan çıxarıb satam, övladıma toy edəm, başqa yerdən torpaq sahəsi alıb ev tikəm”.

ACCESSBANK NƏ DEYİR?

Bankin hüquqşünası Vüqar Kərimovun bildirməsinə görə, banka müştəri tərəfindən belə bir rəsmi müraciət daxil olmayıb:

“Bizim belə bir məsələdən xəbərimiz yoxdur. O müştəri əmlakı girov qoyduğu filialımıza rəsmi müraciət etsin, araşdırılsın.

- Girovda olan torpağın toxunulmazlığını kim qorumalıdır?

- Mülkiyyət sahibi özü. Mülkiyyətçi ola ola bizim ixtiyarımz yoxdur. İlk əvvəl tədbiri özü görməlidir.

- İpoteka haqqında qanunla bankın belə bir səlahiyyəti var. Ancaq müraciət etsin, araşdıraq”.

Hüquqşünas Əliabbas Rüstəmov

Hüquqşünas Əliabbas Rüstəmov

Hüquqşünas Əliabbas Rüstəmov deyir, girovda olan əmlak üzərində hər hansı əməliyyat aparıla bilməz:

“Qanun girovda olan əmlakda tikinti aparmağı qadağan edir. Əmlak hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət olunmalı, işə baxılanadək tikintinin dayandırılması barədə məhkəməyə vəsatət verilməlidir”.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG