Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:27

«Yarımçıq əlyazma» bu dəfə qırğız dilində tamamlandı


“Yarımçıq əlyazma” romanı
“Yarımçıq əlyazma” romanı
-
Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı qırğız dilində çıxıb.

Yazıçının AzadlıqRadiosuna verdiyi xəbərə görə, kitab Bişkekdə fəaliyyət göstərən Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun və Qazaxıstandakı Azərbaycan Mədəniyyətləri İttifaqının sifarişi ilə işıq üzü görüb.

Romanı tanınmış tərcüməçi Mukan Asanaliyev və Bekten Dıykanbay qırğız dilinə çeviriblər.

Önsözü Qırğızıstan EA-nın vitse prezidenti Abduldadcan Akmataliyev yazıb.

İlk dəfə 2004-cü ildə Azərbaycan dilində işıq üzü görmüş “Yarımçıq əlyazma” romanı 2005-ci ildə Fransada, daha sonra Türkiyədə, Rusiyada, Braziliyada, Polşada, Qazaxıstanda, Almaniyada da çap olunub.

Ötən il “Yarımçıq əlyazma” ABŞ-ın nüfuzlu “Strategic Book Publishing and Riphts Agensy (SBPR)” nəşriyyatında (“The İncomplete Manuscript”) çapdan çıxmışdı.
Qırğız dilində 500 nüsxə tirajla çapdan çıxan roman Qırğızıstanda pulsuz paylanacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG