Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:46

Sürücülər prezident aparatının qarşısına toplaşıblar


Sürücülər
Sürücülər
-
Martın 12-də ağır tonnajlı yük maşınlarının sürücüləri Prezident Administrasiyasının önündə aksiya keçiriblər.
Sürücülərin dediyinə görə, narazılıqları yol polisi və nəqliyyat nazirliyi əməkdaşlarının onlara qarşı keçirdiyi reydlərlə bağlıdır.
“Dövlətin verdiyi texniki pasportlarda 35-55 ton yükdaşınmaya icazə verildiyi halda bizim yük avtomobillərimizdə 32 tondan artıq yük olduqda bizə 600-1400 manat cərimə yazılır. Yük maşınlarını kredit və lizinq yolu ilə aldığımızdan işimizi 32 ton yük daşıma ilə davam etdirəcəyimiz halda kredit fazizlərini verə bilməyəcəyik. Bu da bizim girov qoyulan ev və digər əmlakımızın müsadirə olunması ilə nəticələnəcək. Bu da minlərlə ailənin evsiz-eşiksiz, ac-yalavac qalmasına səbəb olacaq”.
Bu səbəbdən də sürücülər bu qaydalara aidiyyatı qurumların diqqət yetirməsini, onlara normal iş şəraiti yarılması, maaşlarının vaxtında verilməsini tələb ediblər.

Sürücülərin şikayətini Prezident Administrasiyasında dinləyib, onları Nəqliyyat Nazirliyinə getməyi məsləhət biliblər.

Hazırlanmış videoreportaj bir azdan səhifəyə əlavə olunacaq

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG