Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:02

Martın 12-i Azərbaycanda Daxili Qoşunlar günüdür


-
Martın 12-i Azərbaycanda Daxili Qoşunlar günü kimi qeyd olunur.

Daxili Qoşunlar 1991-ci ildə prezidentinin fərmanı ilə yaradılıb. 1995-ci il martın 9-da prezidentin verdiyi fərmanla martın 12-i «Daxili Qoşunlar Günü» elan edilib.

«Daxili Qoşunların statusu haqqında Qanun”a görə daxili qoşunlar digər daxili işlər orqanları ilə birlikdə ictimai asayişi qoruyur, mühüm dövlət obyektlərini mühafizə edir, yaşayış məntəqələrində kütləvi iğtişaşların qarşısının alınmasında iştirak edir.

Fövqəladə vəziyyət dövründə daxili işlər orqanlarına yadım edir, zərurət olduqda Azərbaycan Respublikasının ərazisinin müdafiəsində iştirak edir.

Daxili İşlər Nazirliyinin rəsmi məlumatına görə, Qarabağ münaqişəsində iştirak edən Daxili Qoşunların şəxsi heyətindən 496 nəfəri həlak olub, 268 nəfər itkin düşmüş və 1166 nəfər yaralanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG