Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:04

Senator Mərkəzi Kəşfiyyat İdarəsini ittiham edir


Dianne Feinstein (ortada)
Dianne Feinstein (ortada)
ABŞ Senatının Kəşfiyyat Komitəsinin rəhbəri Dianne Feinstein Mərkəzi Kəşfiyyat İdarəsini Senatın kompüterlərinə müdaxilə etməkdə suçlayıb.

O, Senatın Kəşfiyyat Komitəsində MKİ-nin istintaq metodları ilə bağlı hesabat hazırlayan işçilərin kompüterlərinə müdaxilə edildiyini iddia edir.

Senator düşünür ki, məqsəd hesabatı hazırlayanları, istintaq metodları ilə bağlı MKİ-nin məsuliyyəti məsələsini qaldıranları qorxutmaqdır.

Söhbət prezident George W. Bush zamanında terrorçuluqda şübhəli bilinənlərin istintaqında istifadə olunmuş metodlardan gedir.

MKİ-nin rəhbəri John Brennan bildirib ki, onlar Senatın kompüterlərinə müdaxilə etməyiblər.
XS
SM
MD
LG