Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:49
-
Azərbaycanda teatr sənətinə həsr olunmuş TeatrPlyus adlı yeni mədəniyyət və incəsənət portalı istifadəyə verilib.

Portalın yaradıcılarının AzadlıqRadiosuna verdiyi xəbərə görə, layihənin fəaliyyətində başlıca məqsəd, teatr sənətinin təbliği, ölkədə və dünyada baş verən teatr prosesinin fiksasiyası, eləcə də mədəniyyət və incəsənətin digər sahələrini əhatə edən məlumatları oxucularla bölüşməkdən ibarətdir.

Portalın yaradıcıları bu fikirdədirlər ki, teatr prosesini işıqlandıran dərgilər, o cümlədən elektron nəşrlər teatr sənətinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir.

Bu baxımdan dünya teatrının müsbət örnəklərindən faydalanaraq tərtib edilmiş «TeatrPlyus» portalı həm ölkədə teatr jurnalistikası sahəsində mövcud boşluğun aradan götürülməsinə, həm də Azərbaycan teatrının inkişafında müəyyən rol oynayacaq.

«TeatrPlyus» saytı fərqli, yaradıcı dizaynı ilə yanaşı, həm də yerləşdirilən materialların maraqlılığı, operativliyi və eksklüzivliyi ilə seçiləcək.

Hərəkətli dizayn prinsipinə müvafiq hazırlanmış saytın yuxarı panelindəki elementlər, incəsənətin müxtəlif sahələrini simvolizə edir. Adından da göründüyü kimi, vebsayt təkcə teatr sənətini deyil, eyni zamanda bütünlükdə incəsənəti, mədəniyyəti əhatə edir.

Saytın PLYUS bölməsində ədəbiyyat, kino, musiqi, təsviri sənət, turizm, şou-biznes sahələri üzrə də məlumatlar yerləşdiriləcək.

Multimedia bölməsi istifadəçilərə teatr sənətinə dair nadir audio, video və foto nümunələri ilə tanışlıq imkanı qazandırır.

Portalın yaradıcılarının fikrincə, daim zənginləşəcək Kitabxana bölməsi sənətsevərlər üçün əsl hədiyyə hesab oluna bilər.

Bu bölmədə teatr sənətinə, eləcə də mədəniyyətin digər sahələrinə həsr olunmuş Azərbaycan, rus və ingilis dilində kitablar yerləşdirilib.

Saytın mütəmadi şəkildə yenilənməsi və təkmilləşdirilməsi planlaşdırılır.

Gələcəkdə «TeatrPlyus» internet televiziyasının da yaradılması nəzərdə tutulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG