Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:00
Gürcüstan Fövqəladə Hallar Xidmətinin onlarla əməkdaşı paytaxt Tbilisidə şəhər meriyası qarşısında etiraz aksiyası keçiriblər.

Bir neçə həftədir ki, aclıq edən aksiyaçılar xidmətin rəhbəri Temur Ggiorgadzenin istefasını və işdən azad edilən həmkarlarının geri qaytarılmasını tələb edirlər.
Yanğınsöndürənlər və xilasedici briqadanın əməkdaşları Giorgadzenin bağ evində işləməyə və mükafatlarını rəislərlə bölüşməyə məcbur edildiklərini iddia edirlər.

Giorgadze ittihamları rədd edir və şəffaf araşdırma aparılmasına hazır olduğunu bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG