Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:27

Avropa Birliyinin Bakı nümayəndəliyi 15 layihəyə 5 milyon manatdan çox pul ayırıb


-
Martın 11-də Avropa Birliyinin Bakı nümayəndəliyi 15 vətəndaş cəmiyyəti layihəsinin təqdimatını keçirib. Layihələrin reallaşmasına bu il Avropa Birliyinin dəstəyilə başlanılıb. Layihələr “Qeyri-dövlət qurumları inkişafda” və “Avropa Demokratiya və İnsan Hüquqları Aləti” çərçivəsində həyata keçirilir.

İlk istiqamət üzrə kənd yerləri və regionların inkişafına dair 7 layihə dəstəklənib. Həmin layihələrdən 25 rayonda 20 mindən çox fermer faydalanacaq. Layihələrin ümumi məbləği 3 mln. manatdır. Avropa Birliyi nümayəndəliyinin əməkdaşı Pərviz Yusifov bildirib ki, layihələr iştirakçıların gəlirlərinin 10-30% artmasına imkan verəcək. Bundan əlavə, 50 kiçik infrastruktur layihəsi həyata keçiriləcək ki, burada da kiçik biznes 900 min manat həcmində yardım alacaq. 100-dən çox yeni fermer qrupları yaradılacaq.

Avropa Birliyi missiyasının nümayəndəsi Məryəm Hacıismayılovanın sözlərinə görə, “Avropa Demokratiya və İnsan Hüquqları Aləti” çərçivəsində Avropa Birliyi ictimai məlumatlandırmanın artırılması, mülkiyyət hüquqlarının müdafiəsi, qadın hüquqlarının təminatı, seçkilərin monitorinqi üzrə 8 layihənin dəstəklənməsinə 2,2 mln. manat ayırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG