Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:47

Yanukovych: Mən mütləq qayıdacağam


Viktor Yanukovych
Viktor Yanukovych
-
Viktor Yanukovych Ukraynada baş vermiş dəyişikliklərə görə «dərin narahatlıq» keçirdiyini bildirib. O, Ukraynaya qayıdacağını bildirib.

O, martın 11-də Rostov-Donda etdiyi çıxışında deyib ki, Ukraynada «ultra-millətçi və faşist dəstələri fəaliyyət göstərir».

Viktor Yanukovych-in sözlərinə görə, onlar təkcə Kiyevdə deyil, digər bölgələrdə də hakimiyyət orqanlarını zəbt ediblər.

Yanukovych deyib ki, o, Ukraynanın yeganə legitim prezidenti və Ukrayna silahlı qüvvələrinin baş komandanıdır.

O, Kiyevə mütləq qayıdacağı haqda xəbərdarlıq edib. Deyib ki, «az qalıb, gözləməliyik».

Viktor Yanukovych Ukraynada keçiriləcək prezident və ümumi seçkilərin legitim olmadığını bildirib.

Bundan əvvəl Viktor Yanukovych Rostov-Donda fevralın 28-də çıxış etmişdi. Bu, onun Ukrayna Ali Radası onu hakimiyyətdən uzaqlaşdırandan sonra ictimaiyyət qarşısında ilk çıxışı idi. Həmin çıxışında Yanukovych Ukrayna xalqından üzr istəmişdi, Ukraynadan qaçış təfərrüatları haqqında danışmışdı. Həmin çıxışında da o, özünü qanuni prezident adlandırmışdı.

Moskva Viktor Yanukovych-i Ukraynanın legitim prezidenti sayır.

Ukraynanın yeni hakimiyyəti Yanukovych-i kütləvi etiraz aksiyaları zamanı adamların qətlində, Konstitusiya quruluşunu devirmək çağırışlarında ittiham edir.

Ötən həftə Ukrayna hökuməti Yanukovych-in axtarışı və tutulması ilə bağlı İnterpola müraciət edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG