Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:05

Duma Krımın Rusiyaya birləşdirilməsini müzakirə edəcək


Rusiya Dövlət Duması üzvlərinin Krımdan olan deputatlarla görüşündən foto

Rusiya Dövlət Duması üzvlərinin Krımdan olan deputatlarla görüşündən foto

-
Martın 21-də Rusiya Dövlət Duması Krımın Rusiyaya birləşdirilməsi haqqında qanun layihəsini nəzərdən keçirəcək.

Bu haqda RİA Novosti agentliyinə deputat Vyacheslav Nikonov məlumat verib.

Sənədi “Ədalətli Rusiya” partiyasından olan deputatlar təklif edib. “Ədalətli Rusiya” partiyası bildirib ki, qanun layihəsini Ukraynada baş verən hadisələrə görə təklif ediblər.

Krımın statusu ilə bağlı referendum martın 16-da keçiriləcək.

Referenduma iki sual çıxarılması nəzərdə tutulur – “Kırımın Federasiya subyekti kimi Rusiya Federasiyasının tərkibinə daxil olmasının lehinəsinizmi?” və “Krım Konstitusiyasının 1992-ci il redaksiyasına qaytarılmasını istəyirsinzimi?”

Rəsmi Kiyev referendumu qanunsuz adlandırır.

Krım tatarları məclisi referendumu boykot etməyə çağırıb.
XS
SM
MD
LG