Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:57

İlham Əliyev Türkiyə generalını qəbul edib


-
Martın 11-də prezident İlham Əliyev Türkiyə Quru Qoşunları komandanı Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Dövlət başçısı bildirib ki, Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə yüksək səviyyədə olduğunu bir daha təsdiq edir.

Hərbi sahədə əməkdaşlığı ikitərəfli münasibətlərin inkişafının tərkib hissəsi kimi dəyərləndirən İlham Əliyev son illər bu istiqamətdə də mühüm nailiyyətlərin əldə olunduğunu deyib. Prezident əməkdaşlığın bu sahədə daha da genişləndirilməsi üçün qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlimlərin keçirilməsinin və birgə istehsal sahələrinin yaradılmasının önəmini qeyd edib.

Xəbəri AzərTAc yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG