Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:43

Hakimiyyətin “rektor əməliyyatı”


Azerbaijan -- Abel Maharramov, rector of Baku State University, 20Feb2014

Azerbaijan -- Abel Maharramov, rector of Baku State University, 20Feb2014

-
“Azadlıq” qəzeti yazır ki, bütün universitetlərin rəhbərliyində dəyişiklik olacaq.

Qəzet yazır ki, “Bakı Dövlət Universitetində tələbələrin etirazı hakimiyyəti narahat edib. İndi iqtidar universitetlərə potensial inqilab yuvası kimi baxır. Tələbə hərəkatının yaranmasından ehtiyatlanır. Hakimiyyət yeni rektorlar təyin etməklə islahat görüntüsü yaratmaq və tələbələrin narazılığını bir qədər azaltmaq istəyir”.

Artıq İqtisad Universitetinin, Bakı Slavyan Universitetinin, Sumqayıt Dövlət Universitetinin və Gəncə Dövlət Universitetinin rektorları dəyişib.

AZƏRBAYCAN XƏZƏRDƏ KİLKƏLƏRİN OVUNA QADAĞA QOYULMASINI TƏKLİF EDİR

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutu Xəzəryanı ölkələr üçün dənizdə nərə cinsli balıqlarla yanaşı, kilkələrin də sənaye məqsədilə ovuna moratorium, yəni qadağa qoyulmasını təklif edir.

İnstitutun direktoru Mehman Axundov Trend-ə bildirib ki, 10-15 il ərzində nərə cinsli balıqlara, 3-5 il ərzində isə kilkələrin ovuna moratorium tətbiq edilməlidir. Çünki əks halda, Xəzərin ekosistemi bərpa oluna bilməyəcək: “Yaxın 5-10 ildə nərə cinsli balıqların, kilkələrin ovlanmasına qadağa qoymasaq, Xəzər dənizində ekosistem dağılacaq. Biz həm 10-15 ilə nərə cinsli balıqlara moratorium tətbiq etməliyik, həm də 5 il bütün Xəzəryanı ölkələrdə kilkə tutulmamalıdır ki, ekosistem özünə gəlsin”.

M.Axundov deyib ki, Xəzər əsasən kilkə dənizidir. Burada həmişə bütün fauna kütləsinin 60-70 faizini kilkələr təşkil edib. Ancaq buna baxmayaraq, kilkə ovu Xəzəryanı ölkələr üçün rentabelli sayılmır.

AZƏRBAYCANDA TƏRİQƏTLƏRƏ ÜZV OLMAQ TERRORÇULUQ SAYILACAQ

arxiv foto

arxiv foto

“Bizim Yol” qəzeti yazır ki, Azərbaycan qanunvericiliyində terror anlayışının əhatə dairəsi genişləndiriləcək. “Terrorçuluğa qarşı mübarizə haqqında” qanuna bununla bağlı yeni əlavə və dəyişikliklər təklif olunub. “Təklif edilən müddəalara əsasən terrorçuluğa açıq çağırışlar, vətəndaşları və vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmək, aqressiv dini təriqətlərə qoşularaq silahlı qrup yaratmaq və ölkə daxilində, xaricində terrorçuluğu maliyyələşdirmək terror aktı kimi qiymətləndiriləcək”.

“QANUN” NƏŞRİYYATINDA İXTİSAR GÜNDƏMƏ GƏLDİ

Martın 11-də “Qanun” Nəşrlər Evi ümumi toplantı keçirib. “Media forum” saytına verilən məlumata görə, toplantıda vergi orqanlarının nəşriyyatı 150 min manat cərimələməsi müzakirə olunub. İşçilərə bildirilib ki, bu cür təyziq davam edərsə, “Qanun” nəşriyyatında ixtisarlar ola bilər.

ALTI-ÜSTÜ “BOMBA” BAKI

arxiv foto

arxiv foto

“Yeni Müsavat” qəzeti yazır ki, neft çənləri və borularının yaxınlığında evlərin tikintisi davam edir. Qəzet yazır ki, NSZ və Keşlə qəsəbələrində neft çənlərinin əhatəsində yaşayanlar xırda səhvin qurbanı ola bilərlər. “Nizami rayonunda yerləşən “Azərneftyağ” İstehsalat Birliyi və Bakı Neftayırma Zavodu da potensial təhlükə mənbəyinə çevrilib. Çünki son dövrlər zavodların ətrafında tikintilərin sayı çoxalıb. Ayrı-ayrı vətəndaşlar zavodun ərazisinə yaxın, boru kəmərlərinin mühafizə zolağını pozaraq yaşayış evləri tikiblər. Dövlət Neft Şirkəti (ARDNŞ) isə hələ ötən il “NZS” və Keşlə qəsəbəsində neft borularının mühafizə zolağında tikilən ev sahiblərini məhkəməyə verib. Təkcə “NZS” qəsəbəsində 167 evin köçürülməsi ilə bağlı ARDNŞ tərəfindən iddia qaldırılıb.

Sakinlər bir neçə dəfə aksiya keçirsə də, bunun hər hansı bir müsbət nəticəsi olmayıb. “NZS” və Keşlənin bəzi yerlərindəki neft quyuları isə ərazidə ekologiyanı çirkləndirməklə yanaşı orda yaşayanların sağlamlığı üçün ciddi təhlükəyə çevrilib”.

“GƏNCLİK” STANSİYASINDA DÜKANLAR BAĞLANIR

Bu gün səhərdən başlayaraq Bakı Metropoliteninin “Gənclik” stansiyasınının keçidlərindəki ticarət köşklərinin fəaliyyəti dayandırılır.

Modern.az saytı bildirir ki, buradakı dükanların sahiblərinə təcili işi dayandırmaq barədə xəbərdarlıq olunub. Satıcıların verdiyi məlumata görə, onlara malların toplanması üçün 1 saat vaxt verilib. Ticarətçilər baş verənlərin səbəbini bilmədiklərini deyiblər.

Satıcılar deyiblər ki, ötən ilin sonlarında yeni dükanların quraşdırılması üçün onlardan xeyli pul alınıb, indi isə bağlatdırırlar.

Bakı Metripolitenindən məsləyə münasibət öyrənmək mümkün olmayıb.

AZƏRBAYCANIN İQTİSADİ POTENSİALININ GÜCLƏNDİRİLMƏSİNDƏ REGİONLARIN İNKİŞAF PROQRAMI

“Yeni Azərbaycan” qəzeti yazır ki, “regionların inkişafının mühüm amillərindən olan infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə 10 ildə yol-nəqliyyat infrastrukturunun, elektrik, qaz və su təchizatının yenilənməsi işləri aparılıb, nəticədə regionlarda kommunal xidmətlərin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Bundan əlavə, su anbarları, hidroqovşaqlar, kanallar, drenaj şəbəkələri, yüzlərlə subartezian quyusu inşa və ya əsaslı təmir olunub. Rabitə xidmətlərinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə regionlarda telefon stansiyaları və poçt binaları istifadəyə verilib, bütün rayon mərkəzlərinə fiber-optik kabel çəkilib”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG