Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:59

13 nəfər “Ergenekon” məhbusu sərbəst buraxılıb


arxiv foto
arxiv foto
-
Türkiyədə 2000-ci illərin əvvəllərində “Ergenekon” əməliyyatı zamanı həbsə alınanlardan 19 nəfər İstanbul 13-cü Cəza Məhkəməsinin qərarı ilə sərbəst buraxılıb.

Sərbəst buraxılanların əksəriyyətinə ölkə ərazisini tərk etmək yasaq edilib. Onlar polis nəzarətinə verilib.

Müxalif Cümhurriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu 19 müttəhimin sərbəst buraxılmasını alqışlayıb.

“Ergenekon” əməliyyatı 2000-ci illərin əvvəlində hakimiyyətə gələn Erdoğan hökuməti tərəfindən hərbçilərə qarşı aparılıb. Bu əməliyyat zamanı aralarında generallar da olmaqla çoxsaylı hərbçilər həbs edilib. Onlara qarşı dövlət çevrilişi etmək, məscidləri bombalamaq, terror təşkilatları yaratmaq və s. ağır cinayətlər irəli sürülüb.
XS
SM
MD
LG