Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:00

Metropoliten qarşısında etiraz aksiyası olub, 2 nəfər saxlanıb (Video)


Narazı metro ticarətçilərinin aksiyası- [Video]
Gözlə

No media source currently available

0:00 0:04:25 0:00

Narazı metro ticarətçilərinin etirazı- [Video]

-
14:30 - ZAUR HÜSEYNOV: “KEÇİDLƏRDƏKİ TİCARƏT KÖŞKLƏRİ HAQDA QƏTİ QƏRAR QƏBUL EDİLİB”

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov martın 11-də “Media forum” saytının metro keçidlərində ticarət köşklərinin yığışdırılacağı ilə bağlı sualını cavablandırıb.

Zaur Hüseynov deyib ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti keçidlərdəki ticarət köşkləri haqda qəti qərar qəbul edib və həmin qərar bir qədər sonra açıqlanacaq.

Zaur Hüseynov “Köşklər yığışdırılacaqmı” sualına belə cavab verib: “Qərarımızı vermişik. Onun açıqlanmasını gözləyin”.

13:05 - 2 ETİRAZÇI SAXLANIB

Martın 11-də metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında Bakının metro stansiyaları keçidlərində ticarət fəaliyyəti ilə məşğul olan yüzlərlə sahibkar etiraz aksiyasında saxlananlar var.

Polis etirazçıları ərazidən uzaqlaşdırıb. 2 nəfə saxlanılıb.

12:31 - BAKI METROPOLİTENİ QARŞISINDA AKSİYADIR

Martın 11-də metronun “Elmlər Akademiyası” stansiyasının qarşısında Bakının metro stansiyaları keçidlərində ticarət fəaliyyəti ilə məşğul olan yüzlərlə sahibkar etiraz aksiyasına başlayıb.

Onlar Bakı Metropoliteninin stansiya keçidlərində ticarətin ləğv edilməsinə etiraz edir.

Aksiyaçılar deyir ki, onlar banklardan kredit götürüb, çoxlu borcları var. Onları metropolitenin səlahiyyətli şəxslərindən biri qəbul edib. Aksiyaçılara bildirilib ki, onlara işləmək üçün bir həftə vaxt verilir. Aksiyaçılar müddətin çox az olduğunu bildirib.

AzadlıqRadiosunun hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, polis etirazçıları uzaqlaşdırmağa çalışır.
-
Metro rəhbərliyinin qərarı barədə sən nə düşünürsən?
Şərhini yaz!



AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG