Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:00

Nərmin Hüseynlinin cənazəsi Bakıya gətirilib


-
Martın 10-da Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edən Nərmin Hüseynlinin cənazəsi Bakıya gətirilib.

Türkiyədən Azərbaycana gələn və səhər saat 7-də Bakıya enən təyyarə ilə gətirilən cənazəni Nərminin ailə üzvləri və dostları qarşılayıb.

Nərmin Hüseynlinin dəfn mərasimi martın 11-i günorta saatlarında baş tutacaq.

Yaxınları ona Bakıda səhv diaqnoz qoyulduğunu bildirirdilər.

Nərminin Almaniyada müalicəsi üçün lazım olan 150 min manatı bir qrup könüllü kampaniyalar keçirməyə başlayıb. Bu məqsədlə müxtəlif kampaniyalar, yarmarkalar keçirilib.

Bir neçə gün ərzində 25 min manatdan çox pul toplanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG