Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:58

Professor Eldar İsmayılov vəfat edib


Professor Eldar İsmayılov AzadlıqRadiosunun Bakı bürosunda.

Professor Eldar İsmayılov AzadlıqRadiosunun Bakı bürosunda.

Bakı Dövlət Universitetinin slavyan xalqları tarixi kafedrasının professoru, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzinin rəhbəri Eldar İsmayılov vəfat edib.

AzadlıqRadiosunun professorun ailəsindən aldığı məlumata görə, o, martın 9-dan 10-na keçən gecə ürəktutmasından keçinib, martın 10-da Bakıda Qurd Qapısı qəbiristanlığında dəfn olunub.

Eldar İsmayılov 1950-ci il, martın 30-da Bakıda anadan olub. 1973-cü ildə Moskva Dövlət Universitetini bitirib və aspiranturaya daxil olub. 1992-ci ildə professor olub. 1990-1994-cü illərdə BDU-nun tarix fakültəsinin dekanı işləyib.

1997-ci ildən universitetdə işlə yanaşı “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi adlı qeyri-hökumət təşkilatına da rəhbərlik edirdi. Həmin QHT Azərbaycanda seçkilərin monitorinqi ilə məşğul olurdu.

Eldar İsmayılov müxtəlif mövzularda söhbətlərə qatılmaq üçün tez-tez radiomuzun qonağı olurdu. Arxivimizdən onun iştirak etdiyi debatlardan birini təqdim edirik:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG