Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:57
-
Krımda bir neçə ukraynalı fəalın və jurnalistin yoxa çıxması barədə xəbərlər gəlir. Krım Ukrayna Şurasının rəhbəri Andriy Shchekun və Simferopoldakı Ukrayna Məktəbinin idarə heyətinin rəhbəri Anatolyy Kovalskiy-nin harada olduğu bəlli deyil.

Kovalskiy-in oğlu Serhiy-i və atasını dəmiryol vağzalında naməlum adamları döyüb və oğurlayıb. Onlar Rusiya işğalına qarşı aksiyada iştirak etmişdilər.

Ukraynadan olan jurnalist Oleksiy Byk bazar ertəsi bildirib ki, iki həmkarı bazar günü saxlanıb. Onları “özünü-müdafiə” adlanan əsgərlər və hərbi geyimdə olan digər naməlum şəxslər saxlayıb. Avtomaydan fəal qrupunun mətbuat katibi Kateryna Butko və müstəqil bloqqer Oleksanda Ryazantsevanın harada olması bilinmir.

Krımda daha bir neçə jurnalist də saxlanıb. “Ukrayna Həftəsi”dən Olena Maksymenko-nun da onların arasında olduğu deyilir.
XS
SM
MD
LG