Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:10

Putin Krım tatarlarını öz tərəfinə çəkmək istədi - Alınmadı


Ukraynada və Krımda vəziyyət gərgin olaraq qalır. Krım faktiki olaraq rəsmi Kiyevin tabeliyindən çıxaraq Moskvanın idarəsi altına keçib. Yarımadaya mənsubiyyət nişanlarını gizlədən rus qoşunları və Rusiyapərəst yerli sakinlərdən ibarət silahlı könüllülər nəzarət edir. Separatçı hakimiyyət martın 16-da Krım referendumuna hazırlaşır. Teleyayım ötürücüləri ancaq Rusiya kanallarının yayımını təmin edir. Ukraynaya sadiq hərbi hissələr mühasirədədir. Krımda separatçıların siyasi baxışlarını bölüşməyən şəxslərə və jurnalistlərə hücumlar, bəzilərinin isə oğurlanması haqda həyəcanlı xəbərlər gəlir.

Bütün bunlar ötən günlərdə baş verənlərin qısa xronologiyasıdır. Martın 11-12-də baş verən əsas hadisələri daim yenilənən bu bloqda təqdim edirik. Son xəbərlər yazının yuxarı hissəsində yerləşir. Mətnin sonundakı göy rəngli «Davamı» düyməsini sıxmaqla Canlı bloqumuzu vərəqləmək və əvvəlki saatlarda dərc olunana xəbərlərlə tanış olmaq mümkündür. Azadlıqda qal!
00:14 13.3.2014
LUKASHENKO UKRAYNANIN TƏRƏFİNİ TUTUR?
Deyəsən Lukashenko daha Putinlə bir komandada oynamaq istəmir

Deyəsən Lukashenko daha Putinlə bir komandada oynamaq istəmir


Belarus prezidenti bəyan edib ki, Ukraynanın yeni hakimiyyəti ilə əməkdaşlığı davam etdirir və Ukrayna xalqına bu ağır məqamda hər cürə dəstək verəcək. Onun sözlərinə görə, Belarus qonşu ölkəyə enerji resusrsları, ərzaq və digər malllarının ixracını davam etdirir və öz ölkəsində Ukrayna biznesinin himayəsi ilə bağlı öz baş nazirinə göstəriş verib. Bu haqda xəbər verən cenzura.net onun dediklərindən maraqlı sitat gətirir: "Gərək axmaq olasan ki, Ukrayna hadisələrindən sonra korrupsiya ilə bağlı heç bir nəticə çıxarmayasan"
23:41 12.3.2014
23:34 12.3.2014

2005-ci ildə Putin tamam başqa tonda danışırdı. Latviya siyasətçilərinə xitabən deyirdi ki, sərhədlərin dəyişməsini tələb etmək demaqoqluqdur. Yoxsa minlərlə ərazisini itirən Rusiya Federasiyası Krımı, Klaypedanı geri tələb edə bilər.
23:27 12.3.2014
KONTEKST PROQRAMI UKARYNA HADİSƏLƏRİ HAQDA

Davamı

Şərhləri göstər

XS
SM
MD
LG