Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:58
-
Bu axşam saat 18.30-da Azərbaycan Dövlət Musiqili Teatrında Milli Teatr Gününə həsr olunmuş tədbir və Azərbaycan Dövlət Musiqili Teatrının təntənəli açılış mərasimi keçiriləcək.

Xəbəri AzadlıqRadiosuna teatrdan bildiriblər.

Martın 10-da ölkədə Milli Teatr Günü ilk dəfə rəsmi şəkildə qeyd edilir.

Xatırladaq ki, ötən il Azərbaycan Respublikasında «Milli Teatr Günü»nün təsis edilməsi haqqında prezident Sərəncamı imzalamışdı.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, bu gün teatr ictimaiyyəti saat 9.30-da Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.

Xəbərdə deyilir ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin «Lənkəran xanının vəziri» komediyasının tamaşaya hazırlanması Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməlini qoydu.

Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərləri ilə bərabər, Tiflisdə və İrəvanda da teatr tamaşaları təşkil edirdilər.

1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi teatr sənətinin inkişafında da mühüm işlər həyata keçirildi.

HAZIRDA 26 DÖVLƏT TEATRI FƏALİYYƏT GÖSTƏRİR

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaratdı. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı oldu.

Bu gün respublikada artıq 26 dövlət teatrı fəaliyyət göstərir.

Dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları xarici ölkələrdə keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər.
Bu gün Bakı Beynəlxalq Teatr Konfransı, UNİMA-nın iştirakı ilə Beynəlxalq Kukla Teatrları Festivalı, Çexov Festivalı kimi nüfuzlu tədbirlərə ev sahibliyi edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG