Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:30

Yoxa çıxmış Malayziya təyyarəsinin izi tapılmır


-
Vyetnam rəsmiləri bildirir ki, Malayziya Hava Yollarına məxsus, 2 gün əvvəl yoxa çıxmış təyyarənin qapısı olduğu güman edilən əşyanın yeri hələ də müəyyən olunmayıb. Vyetnam təyyarəsi bazar günü Tailand Körfəzi və Cənubi Çin dənizinə qaranlıq çökərkən təyyarənin bir hissəsini gördüyünü xəbərləyib. Ancaq sonradan həmin hissə tapılmayıb.

Boeing 777 təyyarəsi göyərtəsində 239 nəfərlə Malayziya və Viyetnam arasında itib. O, Kuala Lumpurdan Pekinə uçurmuş.

İnterpol azı 2 sərnişinin həmin təyyarəyə oğurlanmış pasportla mindiyini təsdiqləyib.

Təyyarədən həyəcan siqnalı göndərilməyib. Ekspertlər qəza, yaxud partlayış olduğunu istisna etmirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG