Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:14
-
Taliban bəyan edib ki, Əfqanıstanda aprelin 5-də keçiriləcək prezident seçkisini hədəfə alacaq. Qrup bazar ertəsi Frans Press agentliyinə e-maillə göndərdiyi bəyanatda bildirib ki, “bütün mücahidlərə bu utanverici seçkini dağıtmaq üçün sərəncamlarında olan qüvvədən yararlanmaq göstərişi” verib.

Bəyanatda deyilir ki, döyüşçüləri “bütün fəhlələri, fəalları, seçkiyə çağıranları, təhlükəsizlik aparatını və məmurları hədəfə alacaq”.

Bundan əvvəlki əfqan seçkilərində zorakılıq halları olub, 2009-cu ilin seçkisində azı 31 mülki şəxs, 26 əsgər və polis öldürülüb.

5 aprel seçkisində prezident Hamid Karzai-nin varisi seçiləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG