Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:42

ABŞ FBİ agentinin İranda saxlanmasının yeddi ilini qeyd edir


Robert Levinson

Robert Levinson

-
Bazar günü ABŞ-ın dövlət katibi John Kerry Federal Təhqiqatlar Bürosunun (FBİ) istefada olan agenti Robert Levinson-un İranda yoxa çıxmasının yeddi ilini qeyd edib. Kerry bəyanatında Tehranı Amerika vətəndaşının sağ-salamat qayıdışını təmin etmək üçün Vaşinqtonla işləməyə çağırıb. Bəyanatda deyilir ki, İranın Kiş adasından yoxa çıxmış Levinson tarixdə ən çox saxlanan Amerika vətəndaşlarındandır.

Bazar ertəsi 66 yaşı tamam olan Levinson 2007-ci ilin martında İranın kurort adasına uçub. Vaşinqton onun yoxa çıxdığı zaman biznes səyahətində olduğunu dəfələrlə bəyan edib. Ancaq son aylarda yayılan məlumatlarda iddia olunur ki, CİA (Mərkəzi Kəşfiyyat Agentliyi) Levinsona kəşfiyyat məlumatları toplamaq üçün pul verirmiş.

Tehran Levinsonu saxlamadığını deyir, onun yeri barədə məlumatı olduğunu yalanlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG