Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:26

Rusiya - Krım - Ukrayna - Qərb düyünü daha da sıxılır


Krım. Rus əsgəri
Krım. Rus əsgəri
-
Ukraynada gərginlik artıb. Hökumət və Rusiya yönlü fəallar bazar günü ölkədə yürüşlər keçiriblər. Şərqi Donetsk şəhərində rusiyapərəst nümayişçilər regional administrasiya binasına gedib, Ukrayna bayrağını çıxarıb, yerinə Rusiyanınkını taxıb.

OBAMA YATSENYUK-LA GÖRÜŞƏCƏK

Rəqib düşərgənin yürüşü isə rusiyayönlü fəalların hücum təhlükəsinə görə təxirə salınıb. Müxalifət lideri Vitali Klitschko bu aksiyada çıxış edəcəkdi.

Donetsk yaxınlığındakı Luhanskda Moskva tərəfdarları regional hökumət binasını tutub və qubernatorun istefasını tələb edib. Krım paytaxtı Simperopolda isə minlərlə nümayişçi Rusiyaya qoşulmağa dəstək aksiyası keçirib. Rusiyaya birləşməyin əleyhinə keçirilən yürüşə isə 500 nəfər qatılıb.

ABŞ prezidenti Barack Obama dəstək məqsədilə çərşənbə günü Ukraynanın baş naziri Arseniy Yatsenyuk-la görüşəcək.

“BİRCƏ SANTİMETRİ DƏ VERMƏYƏCƏYİK”

Ağ Evin məlumatına görə, iki lider “Rusiyanın Krıma davam edən hərbi müdaxiləsinin dinc yolla, Ukraynanın suverenliyi və ərazi bütövlüyunə hörmət etməklə həlli”ni, həmçinin Ukraynaya beynəlxalq maliyyə dəstəyini müzakirə edəcəklər.

Yatsenyuk bazar günü Kiyevdəki nümayişdə çıxış edib, deyib ki, Ukrayna ərazisinin “bircə santimetrini” də verməyəcək:

“Bu, bizim torpağımızdır. Valideynlərimiz və babalarımız bu torpaq uğrunda qan axıdıblar. Ukrayna torpağının bircə santimetrindən də əl çəkməyəcəyik. Qoy Rusiya və Rusiya prezidenti bunu bilsin”.

Krım xronikası (8-9 mart)

BEYNƏLXALQ HÜQUQA UYĞUN QƏRAR

Putin isə bazar günü Almaniya kansleri Angela Merkel və Britaniyanın baş naziri David Cameron-la telefon söhbətində Krımın rusiyayönlü hakimiyyətinin martın 16-da Rusiyaya birləşməyə dair referendum keçirmək qərarını müdafiə edib.

Kremlin məlumatına görə, Putin alman və britaniyalı həmkarlarına deyib ki, bu qərar beynəlxalq hüquqa uyğundur.

Rusiyanın RİA Novosti agentliyi Krımın yeni rusiyayönlü baş naziri Sergei Aksyonova istinadla bildirir ki, region Rusiyaya birləşsə, Krımda yaşayanlara Rusiya ya Ukrayna pasportu gəzdirmək seçimi veriləcək. O, Krımda iki dilin – rus və Krım tatar dilinin istifadə olunacağını da söyləyib.

“RUSİYADA ELƏ ADAMLAR VAR Kİ...”

Putinin tənqidçisi olmuş, həbsxanada on ildən artıq keçirmiş Mikhail Khodorkovsky isə bazar günü Kiyevdə etirazçılar qarşısındakı çıxışında deyib ki, iddia olunduğu kimi Kiyevdə nə faşist, nə də nasist var. Varsa da, Moskvada, Sank-Peterbutqda olanlardan çox deyil.

“Bilmək istəyirəm – orada tamam başqa Rusiya var. Moskvada həbslərə, həbsxanada keçirdikləri illərə baxmayaraq, müharibə əleyhinə nümayişə davamlı gəlirlər. Rusiyada elə adamlar var ki, onlar üçün Ukrayna və Rusiya xalqlarının dostluğu öz şəxsi azadlıqlarından daha mühümdür” - deyə Khodorkovsky Maydan səhnəsindən bildirib.

- Rusiya Krımda hərbi iştirakını gücləndirir.

- ATƏT Krımda Ukrayna televiziya kanallarının bağlanmasını “aşırı senzura” adlandırıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG