Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:02

Catherine Ashton: “Yekun nüvə razılaşmasına “zəmanət yoxdur””


Catherine Ashton və Mohammad Javad Zarif

Catherine Ashton və Mohammad Javad Zarif

-
Avropa Birliyinin xarici siyasət rəsmisi xəbərdarlıq edib ki, Tehranla mübahisəli nüvə proqramına dair danışıqların bitkin yekun sazişlə nəticələnəcəyinə “zəmanət yoxdur”. Catherine Ashton bunu bazar günü Tehranda İranın xarici işlər naziri Javad Zarif-lə birgə mətbuat konfransında deyib.

Zarifin sözlərinə görə, İran ancaq ölkənin “hüquqlarına” hörmət qoyan razılaşmanı qəbul edəcək. İran və Ashton-un təmsilçiliyi ilə dünyanın altı gücü noyabrda Cenevrədə aralıq sazişi əldə ediblər. Məqsəd Tehranın nüvə fəaliyyətinə dair on ildir davam edən mübahisəyə son qoymaqdır.

Ashton şənbə günü Tehrana gələrək İran rəsmiləri ilə ölkənin nüvə proqramına dair danışıqlar aparır. İkitərəfli, regional və beynəlxalq məsələlər də müzakirə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG