Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:29
Bakının Sovetski ərazisində yaşayan sakinlər növbəti dəfə etiraz edəcəklərini bildirəndən sonra əraziyə yüzlərlə polis toplaşıb. Onlar hər bir etiraz cəhdinin qarşısını dərhal alırlar. Sovetski sakinləri deyirlər ki, evlərinin sökülməsinə görə təklif olunan kompensasiya azdır, onları qane etmir. Belə ki, təklif olunan hər kvadrat metrə görə 1500 manatla eyni ərazidə ev almaq mümkün deyil. Lakin dövlət rəsmiləri bu məbləği kifayət sayır, Bakının bir sıra digər məhəllərində olduğu kimi, Sovetskidə də sakinlərin etirazlarına məhəl qoymadıqlarını nümayiş etdirirlər. AzadlıqRadiosu müxbirləri Sovetskidə olublar, hadisələrin gedişini canlı bloqda daim yeniləyiblər. Hadisələri gedişini daim yenilənən bu bloqda izlə.

Günün bütün mövzuları

XS
SM
MD
LG