Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:00
-

"Başla" hərəkatı məşhur Amerika yazıçısı Ray Bradbury-nin "Faranheyt 451" romanını Azərbaycan dilində çap edib.

Əsərdə müharibə vəziyyətində olan, homogen və futuristik bir Amerika təsvir olunur. Orada kitablar illeqaldır, intellektuallığa xor baxılır, bütün cəmiyyət quru həzz içində və bir-birlərindən təcrid olunmuş vəziyyətdə yaşayır.

Qay Monteq, baş qəhrəman, peşəsinə qarşı çox məsuliyyətli bir yanğınçıdır.

Onun vəzifəsi kitabları yandırmaqdır, çünki kitab asayiş pozucu və təxribat xarakterli hesab olunur.

Monteq çoxlu suallar verən bir qızla tanış olandan sonra öz əməllərini sorğulamağa başlayır və hətta yandırdığı bir evdən gizlincə kitab götürür. Monteq getdikcə öz həyatının səfalətlə dolu olduğunu başa düşüb konformist üsulla idarə edilən cəmiyyətə qarşı hərəkətə keçməyə qərar verir. Sabiq bir ingilis dili müəllimi sayəsində o öyrənir ki, kitablar insanın özünü sorğulamasına və sərbəst düşünməsinə imkan yaradır.

Bredberi əsəriylə bildirir ki, cəmiyyət onu narahat edən həqiqətlərə və vəziyyətə biganə qaldığı üçün öz-özünü senzuraya məruz qoyur. O deyir ki, kitab oxumaq insanları faydalı bir şəkildə özünü sorğulamağa təşviq edir, yalançı təriflər isə onları yalnız kor-koranə, səthi xoşbəxtliyə aparır.

Tərcüməçi: Ülviyyə Mütəllimova

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG