Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:48

10 yaşlı Ömərin həyatda qalması üçün...


Beta talassemiyadan əziyyət çəkən 10 yaşlı Ömər Əliyev

Beta talassemiyadan əziyyət çəkən 10 yaşlı Ömər Əliyev

-
«Ömərin vəziyyəti çox ağırdır. Hər ay ona azı 2-3 dəfə qan vurulur. Gün ərzində 14 çeşiddə dərman qəbul edir. Hər gecə bədəninə sistemlər köçürülür».

Bakı sakini Qoşqar Əliyev AzadlıqRadiosunun «Qaynar xətt»inə 10 yaşlı oğlunun durumundan yazır. Bildirir ki, Ömər anadangəlmə beta talassemiyadan əziyyət çəkir.

TƏKCƏ DONOR 60-70 MİN MANATA...

Körpə vaxtından gündəlik müalicələr qəbul edən Ömər gününün çox hissəsini xəstəxana çarpayılarında sistemlər qəbul etməklə keçirib və keçirməkdə davam edir. İndi isə durumu daha ağrıdır:

«Neçə dəfə İrana getdik, analizlər verdik, istəyirdik ki, Ömərə donorluğu özümüz edək. Ancaq heç birimiz uyğun gəlmədik».

Ata deyir, Ömərə təkcə donor yox, həm də əməliyyat üçün pul lazımdır:

«Xaricdə müalicə və əməliyyat olunmalıdır. Təkcə donor 60-70 min manata başa gəlir. Əməliyyat isə Türkiyədə təqribən 150 min avroyadır. Dünya bankına çıxışımız da yoxdur ki, donoru ordan istəyək. Elə bir xəstəlikdir ki, analizləri də baha başa gəlir».

Qoşqar Əliyevin dediyinə görə, Ömərin qaraciyəri və dalağı şişib, həyatda qalma şansı gündən günə azalır:

«Hər dəfə Öməri müayinə edən həkimlərin isə əlindən təəssüflənməkdən başqa heç nə gəlmir».

Ata övladının həyatda qalması üçün imkanlı insanlardan yardım istəyir.

Yardım üçün «Bank of Baku»,
Hesab nömrəsi: 380100000045263;
VÖEN: 1700038881;
İBAN-AZ43JBBK00000380100000045263


Hesab sahibi: Əliyev Qoşqar Xalid oğlu, tel: (055) 255 49 45 (Ömərin atası).

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

Şərhləri göstər

XS
SM
MD
LG