Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:54

Daxili Qoşunların hərbi qulluqçularına medallar verildi


-
Prezident İlham Əliyev martın 8-də daxili qoşun hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Daxili Qoşunlarının yaradılmasının 22-ci ildönümü münasibətilə verilən sərəncam 1 nəfər ölümündən sonra olmaqla 25 nəfərə şamil edilir.

İki hərbçi «Vətən uğrunda», bir əsgər ölümündən sonra «İgidliyə görə», 22 hərbçi isə «Hərbi xidmətlərə görə» medalı ilə təltif olunub.

Prezidentin başqa bir sərəncamı ilə Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin rəisi İlqar Məmmədova general-mayor hərbi rütbəsi verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG