Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:02

«Qərblə siyasi alver etsələr də, ürəkləri Kreml saatı ilə bir vurur»


Vladimir Putin və İlham Əliyev - Bakı, 13 avqust 2013
Vladimir Putin və İlham Əliyev - Bakı, 13 avqust 2013
-
«Yeni Müsavat» qəzetinin köşə yazarı Azər Rəşidoğlu Azərbaycandakı «rusofillərin demarşı»ndan yazır. Müəllifə görə, Azərbaycan siyasi müstəvisi hələ də Moskva ilə bağlıdır:

«Rusofillərin demarşı da sübut edir ki, Rusiya asanlıqla və istədiyi zaman Azərbaycandakı siyasi proseslərə müdaxilə edə bilər. Moskva Azərbaycandakı nüfuz agenturası və möhkəm mövqeləri vasitəsilə siyasi prosesləri öz nəzarətinə almağa cəhd göstərir.

Belə bir təhlükə mövcud olduğu zamanda Azərbaycanın Kremlin nəzarətindən çıxdığını ehtimal etmək yersiz görünür. Bu açıqlamalar artıq yeni dəngənin xəbərçisidir.

Son prezident seçkilərinə qədər Rusiyanın Azərbaycandakı agenturası və komandası açıq mübarizəyə başlamamışdı. Artıq hakimiyyətə yaxın simalar özlərini «İvanın vassalı» kimi təqdim etməyə, atəş xəttinə çıxmağa başlayıblar...».

Müəllif hesab edir ki, onlar siyasi hakimiyyətin iradəsi olmadan bu dərəcədə açıq ruspərəstlik edə bilməzdilər: «Buradan belə bir nəticə çıxır ki, ölkənin siyasi elitası Qərblə siyasi alver etsə də, ürəkləri daima Kreml saatı ilə bir vurur».

Rasim Musabəyov
Rasim Musabəyov
PUTİN-İN ƏLİNƏ DÜŞƏN FÜRSƏT

«Rusiya Qərbə bildirib ki, Ukraynanı vahid görmək istəyirsinizsə, onun mənim təsirim altında olduğunu qəbul edin. Gərək hakimiyyətin formalaşmasını öz bildiyim kimi həyata keçirim, əks halda Ukraynanı parçalayacağam».

Bunu Media Forum saytına açıqlamasında politoloq Rasim Musabəyov deyib:

«Onun bu cür yanaşmasını, təbii ki, qəbul etmədilər. Putin də Ukraynanı parçalamağa çalışır. Əlinə fürsət düşüb: Ukraynada hakimiyyət zəifdir, ölkənin maliyyə vəziyyəti ağırdır, polisi və ordusu pis gündədir. Belə fürsətdən istifadə edən Rusiya öz planını həyata keçirir. Ancaq düşünmürəm ki, sonda Moskva qazanacaq...».

«DÖVLƏT DEPARTAMENTİNİN HESABATININ ARXASINDA DAYANIRIQ»

«Dövlət Departamentinin hesabatının arxasında dayanırıq». Bunu «Azadlıq» qəzetinə müsahibəsində ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar deyib.

«Biz düşünürük ki, hesabatda düzgün məlumatlar əks olunub. Hesabatda baş vermiş müsbət, pozitiv məqamlar barədə də məlumat vermişik. Hesabatda korrupsiyaya qarşı mübarizə halları, yaradılmış «Asan Xidmət» haqqında yazmışıq. Düşünürük ki, bu, müsbət təşəbbüsdür.
Richard Morningstar
Richard Morningstar
Ötən illər ərzində insan alverinə qarşı mübarizə istiqamətində baş vermiş irəliləyişləri də qeyd etmişik. Amma eyni zamanda bizi narahat edən məsələləri də orada qaldırmışıq. Biz bu məsələləri Azərbaycanı tənqid etmək, utandırmaq üçün qaldırmamışıq. Biz ona görə bu məsələləri qabartmışıq ki, bunlar bizi maraqlandırır və bizim üçün önəmlidir. Biz istəyirik ki, Azərbaycanla bu istiqamətdə işimizi davam etdirək və Azərbaycan demokratik, bazaryönümlü ölkə kimi öz potensialına tam nail olsun...».

«MİLLİ ŞURA MÖVCUD DEYİLSƏ...»

«Yeni Azərbaycan» qəzeti Milli Şuranın artıq mövcud olmadığını yazır. Qəzetə görə, «Milli Şura mövcud deyilsə, onda onun «koordinasiya mərkəzi» nəyi koordinasiya edəcək? Qurumun son iclası da göstərir ki, radikalların əsas məqsədi sadəcə öz mövcudluqlarını nümayiş etdirməkdən ibarətdir. Bu qondarma qurumun nə demokratiyadan, nə azad seçkidən, nə də digər mütərəqqi məsələlərdən danışmağa mənəvi haqqı var».

İKİ AYDA 61 İNTİHAR

«Bu ilin yanvar və fevral aylarında 61 nəfər intihar edib». Modern.az rəsmi mənbələrin açıqlamalarına istinadən yazır ki, intiharların 36-sı yanvar, 25-i fevral ayında baş verib:

«İntihar edənlərin 40-ı kişi olub. İki ayda 6 nəfər məktəbli və yeniyetmə intihar edib».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG